AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsi “Güvən dayə" xidməti ilə birgə könüllülərə seminar keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsi “Güvən dayə" xidməti ilə birgə könüllülərə seminar keçirib
 The "Health and Care" department of the Azerbaijan Red Crescent Society, in cooperation with the "Guven Daye" service, organized a seminar for volunteers.

19 Yanvar 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı şöbəsi “Güvən dayə" xidməti ilə birgə könüllülərə “Uşaqların inkişafı və psixi sağlamlıqla” bağlı seminar keçirdi. Seminarda  həmçinin Miqrasiya şöbəsinin təhsil üzrə mütəxəssisi Sona Hacıyeva iştirak edib.
Əminə Cabbarova Sağlamlıq qrupun könüllülərinə AzQAC haqqında məlumat verib və sağlamlıq üzrə  vacib məqamları vurğulayıb. 
Mətanət Qaraxanova  “Pediatrların fəaliyyətində uşaqların inkişafı və psixi sağlamlıqla bağlı" diqqət çəkən məqamlar prezentasiyanı təqdim edib.  Bu seminarda uşaqların inkişafı və psixi sağlamlıqla bağlı vacib məlumatlar, uşaqların davranış dəyişikliklərində psixoloji dəstəyin əhəmiyyəti, AzQAC-ın fəaliyyətində könüllü sağlamlıq işçilərinin PSS sahəsində fəaliyyətlərdə rolu, uşaqlara bəsləyici qayğı barədə, şəxsiyyətin inkişafı mərhələləri, ünsiyyətin inkişafı, həyat tərzinin dəyişdirilməsi vurğulanıb.
Seminar interaktiv keçib və Sağlamlıq qrupunun könüllüləri  ilkin səhiyyə xidmətində icmaların maarifləndirməsi  və daha geniş şəbəkə yaranması üzrə müzakirələr edib.